ABŞ-ın dövlət katibi Entoni Blinken Pentaqonun ehtiyatlarından Ukraynaya bir milyard dollarlıq silah və hərbi texnikanın göndərildiyini açıqlayıb.
Qaynarinfo bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin "Twitter" səfhəsinə istinadən xəbər verir.
Blinken bazar ertəsi axşam bəyanat yayaraq, Rusiyanın son altı ayda Ukraynanın şəhər və kəndlərinə hücumlar etdiyini, ABŞ-ın müharibənin sonuna qədər bu ölkəyə dəstəyini davam etdirmək əzmində olduğunu bildirib.
Blinkenin bildirib ki, ABŞ-ın yeni yardım paketinə Ukrayna ordusunun ölkənin müdafiəsi üçün lazım olan "sursat, silah və texnika” daxildir.
Zelenski isə "Twitter"də mesaj yayımlayaraq yeni yardıma görə ABŞ-a minnətdarlıq edib.
Qeyd edək ki, Co Bayden hökuməti indiyədək Ukraynaya 9,8 milyard dollar yardım edib.
M.Arif