ABŞ Nəqliyyat Komandanlığı bildirib ki, ABŞ Ukraynaya 60 ədəd "Bradley” piyada döyüş maşını göndərib.
Qaynarinfo bu barədə xarici mətbuata istinadla xəbər
verir.
Departamentin məlumatına görə, ötən həftə Cənubi Karolina ştatının Çarlston limanını tərk edən zirehli texnikanın daşınması üçün Norveç-İsveç şirkətinin Wallenius Wilhelmsen gəmisi icarəyə götürülüb.
ABŞ Nəqliyyat Komandanlığı bu ilin əvvəlində elan edilmiş 2,85 milyard dollarlıq hərbi yardım sazişinin bir hissəsi olaraq "Bradley” IFV-lərin ilk partiyasını Ukraynaya nəql edib.
Amerikalılar "Bradley”dən başqa, "Kyiv Stryker” zirehli transportyorları və "Abrams” tankları da vəd ediblər.
Alpər
Şərhlər