Xəbər lenti

ABŞ Ukraynaya daha böyük məsafəyə zərbə endirməyə bu halda icazə veriləcək
Dünya 13:25 03.07.2024

ABŞ Ukraynaya daha böyük məsafəyə zərbə endirməyə bu halda icazə veriləcək

Moskva öz cəbhəsini genişləndirməyə çalışarsa, Ukrayna ABŞ-dan daha böyük məsafədə olan Rusiyadakı hədəfləri vurmaq üçün icazə alacaq.

Qaynarinfo "Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Ceyms Obrayen Nümayəndələr palatasının Xarici əlaqələr komitəsində dinləmələr zamanı deyib.

Respublikaçı konqresmen Tomas Kin Dövlət Departamentinin sözçüsündən soruşub ki, ABŞ administrasiyasının Ukraynaya istifadəsinə icazə vermədiyi ATACMS raketlərinin əhatə dairəsində nə qədər Rusiya hava bazası var.

"Əgər Rusiya hazırkı cəbhəni genişləndirməyə çalışarsa, o zaman Ukraynaya daha uzaq məsafəyə atəş açmağa icazə veriləcək”, - deyə Obrayen cavab verib.

Eyni zamanda o qeyd edib ki, Kiyevin sərhəd yaxınlığında Rusiyanın imkanlarını məhv etməsi səbəbindən Moskva hücum etmək qabiliyyətini itirir.
"Rusiya Federasiyasının atəşə icazə verilən ərazidə obyektlərin itirilməsi səbəbindən Ukraynaya qarşı kampaniyasını davam etdirmə qabiliyyətində kəskin dəyişikliklər görürük", - deyə Dövlət katibinin köməkçisi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın prioriteti silahlarla təmin etmək və onları "təcili ehtiyac olan ərazilərdə” cəmləşdirmək olub.

"Əvvəlcə bu, Rusiyanın Xarkov yaxınlığında hücum əməliyyatı keçirdiyi ərazi idi. İndi də Ceyk Sallivanın keçən həftə dediyi kimi, Rusiya Federasiyası bu cəbhəni genişləndirməyə çalışarsa, Ukraynaya daha böyük məsafədə hədəflərə çatmasına icazə veriləcək" - Obrayen deyib. 

Bu yaxınlarda ABŞ elan edib ki, Ukrayna öz silahlarından təkcə Xarkov vilayəti yaxınlığındakı Rusiya ərazisində deyil, Rusiya Federasiyası ilə sərhəddə Ukrayna qoşunlarına atəş açan Rusiya qüvvələrinə zərbə endirmək üçün istifadə edə bilər.

Bununla belə, icazə ATACMS uzaq mənzilli raketlərə şamil edilmir.

Bununla yanaşı, Kiyev bu icazənin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı razılığa gəlmək istəyir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->