Dünya 13:09 23.07.2022

ABŞ Ukraynaya daha çox hərbi yardım vəd etdi

Birləşmiş Ştatlar Ukraynaya pilotsuz təyyarələr də daxil olmaqla daha çox hərbi dəstək vəd edib və qırıcı təyyarələrin göndərilib-göndərilməyəcəyi ilə bağlı ilkin işlər görür.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ Evdən bildiriblər.

Ağ Ev Kiyevə yeni dəstək elan edərək, Birləşmiş Ştatların Ukraynaya ABŞ istehsalı olan qırıcı təyyarələri göndərə biləcəyini araşdırır. Ancaq bunun yaxın gələcəkdə baş verməyəcəyi məlumdur. 

"Bu, yaxın müddətdə icra olunacaq bir şey deyil",- Ağ Ev sözçüsü Kirbi deyib.

Kirbi həmçinin ABŞ-ın Ukraynaya 270 milyon dollar, o cümlədən pilotsuz təyyarələr üçün 100 milyon dollar dəyərində olan son silah paketinin təfərrüatlarını açıqlayıb.

Kirbi bildirib ki, ABŞ prezidenti Co Bayden tərəfindən imzalanan paket Kiyevə özəl şirkət AEVEX Aerospace LLC-dən 580 Phoenix Ghost dronu almağa imkan verəcək.

Paketə əlavə müdafiə yardımı üçün təxminən 175 milyon dollara qədər olan başqa bir tranş da daxildir.


Nurlan Hüseynov