ABŞ Ukraynaya daha dörd yüksək hərəkətli artilleriya raket sistemi (HIMARS) göndərəcək.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Austin
bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu həftə rus generallara Ukraynanın uzaqmənzilli raket və artilleriyasının məhv edilməsinə üstünlük verməyi əmr edib.
"Biz Ukrayna silahlı qüvvələrinin cəsur kişi və qadınlarına uzunmüddətli dəstəyimizi davam etdirmək üçün innovativ yollar tapmağa davam edəcəyik və Ukraynanın özünü müdafiə etməsi üçün texnologiya, sursat və sırf atəş gücünə malik olmasını təmin etmək üçün yardımımızı əlaqələndirəcəyik”,- Ostin müttəfiqləri ilə Ukrayna üzrə virtual görüşün əvvəlində bildirib.
Ukrayna bildirir ki, bu yaxınlarda Qərb tərəfindən təchiz edilmiş bir neçə reaktiv raket sistemlərindən istifadə etməklə Rusiyanın 30 logistika və sursat mərkəzinə uğurlu zərbələr endirib.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley bildirib ki, Ukrayna "Himars” vasitəsilə Rusiya komandanlıq və idarəetmə məntəqələrini, logistik şəbəkəsini və Ukrayna daxilində hava hücumundan müdafiə obyektlərini vurub.
Millli bildirib ki, 200-ə yaxın Ukrayna qüvvəsi HIMARS-dan istifadə üzrə təlim keçib və sistemlərin heç biri Rusiya qüvvələri tərəfindən məhv edilməyib.
Austin Ukrayna üçün ayrılacaq yeni silah yardımı paketində çoxlu reaktiv yaylım atəşi və artilleriya sursatları üçün mərmilərin olacağını bildirib.
Son paketlə ABŞ-ın Ukraynaya verdiyi HIMARS-ların ümumi sayı 16-ya çatacaq.
Qeyd edək ki, ABŞ və müttəfiqləri həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinin yaradılmasına kömək etmək üçün ukraynalı pilotlara mümkün təlimlərin keçirilməsini planlayır.
Nurlan Hüseynov