Xəbər lenti

ABŞ Ukraynaya "döyüş meydanından kənarda" istifadə üçün uzaqmənzilli raketlər verməyəcək
Dünya08:57 01.06.2022

ABŞ Ukraynaya "döyüş meydanından kənarda" istifadə üçün uzaqmənzilli raketlər verməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ "Ukraynadakı döyüş meydanından kənarda istifadə üçün” Ukraynaya uzaqmənzilli raketlər verməyəcək.
Qaynarinfo-nun məlumatına görə, mayın 31-də keçirilən brifinq zamanı Prays bildirib ki, ABŞ Ukraynanın döyüş meydanında istifadə edə biləcəyi bir sıra sistemləri nəzərdən keçirir.
Dövlət Departamentinin sözçüsü həmçinin qeyd edib ki, Rusiya qoşunları suveren Ukrayna ərazisinə daxil olub və ABŞ-ın ukraynalı tərəfdaşlarına verdiyi və verməyə davam edəcəyi bütün silahlar onlara ölkəni müdafiə etməyə imkan verir.
"Reuters" xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jan-Pyer də ABŞ-ın Kiyevə raket sistemləri verməyi nəzərdən keçirdiyini, lakin Vaşinqtonun döyüş meydanından kənarda istifadə üçün uzaqmənzilli raketlər verməyəcəyini bildirib.  
CNN-nin məlumatına görə isə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib ki, Ağ Ev "ilk gündən Ukraynanı yalnız müdafiə silahları ilə təmin edəcəyini açıqlayıb”.
Xatırladaq ki, bundan əvvəl, mayın 30-da ABŞ prezidenti Co Bayden Vaşinqtonun Kiyevi işğalçı ölkə olan Rusiya ərazisinə çata bilən raket sistemləri ilə təmin etməyəcəyini bəyan etmişdi.
Nizami Bağırov