Xəbər lenti

ABŞ Ukraynaya ən dəqiq idarə olunan mərmilər verdiyini etiraf etdi
Dünya13:02 08.09.2022

ABŞ Ukraynaya ən dəqiq idarə olunan mərmilər verdiyini etiraf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqon Ukraynaya öz arsenalında olan ən dəqiq artilleriya mərmisini -  GPS ilə idarə olunan "Excalibur” göndərib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” büdcə sənədlərinə istinadən yazır.
Nəşr qeyd edir ki, ABŞ ilk dəfə olaraq Kiyevə dəqiq idarə olunan silahlar verdiyini açıq şəkildə etiraf edib.
Sənədlərdən görünür ki, ABŞ Müdafiə Nazirliyi M982 "Excalibur” sursatının əvəzini ödəmək üçün Konqresin Ukraynaya təsdiq etdiyi 20 milyard dollarlıq yardım paketindən 92 milyon dollar xərcləyəcək. Sənədlərdə deyilir ki, mərmilər "Rusiya təcavüzünə qarşı beynəlxalq səylərə dəstək olaraq” Ukraynaya təhvil verilib. Pentaqonun hesablamalarına görə, hər mərminin qiyməti 98.700-106.400 dollar arasındadır.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi analitiki Mark Kançiana bildirib ki, bu vəsaitlə 900-ə yaxın mərmi almaq mümkün olacaq. "Bu, həm də hər kəsin ABŞ-ın Ukraynaya qabaqcıl silahlar verməsi ilə bağlı çoxdan yaranmış şübhələrini təsdiqləyir”, - ekspert deyir.
Avqustun sonunda "Politico”nun mənbəsi ABŞ-ın Ukraynaya "Excalibur” mərmiləri vermək niyyətindən danışıb. Lakin nəşrin həmsöhbəti vurğulayıb ki, dəqiq idarə olunan mərmilər yaxınlarda təsdiq olunan yardım paketinə daxil deyil.
NATO ölkələrinin 155 mm-lik haubitsalarında və özüyeriyən artilleriya qurğularında istifadə olunan "Excalibur”un nişan alma məsafəsi 40,5 km-dir. Hədəfdən sapma 2 metrdən azdır. Mərminin dəqiqliyi "ilk atışla hədəfi vurmağa imkan verir, lazım olan atışların sayını və yan təsirlərini azaldır”, - Pentaqonun sənədlərində qeyd edilir.
ABŞ güman edir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya komandanlıq məntəqələri və idarəetmə mərkəzlərinin "cərrahi yolla məhv edilməsi” üçün mərmilərdən istifadə edəcək. Büdcə sənədlərində "Excalibur”dan başqa, 155 mm-lik artilleriya mərmiləri, tank əleyhinə "Javelin” raketləri, "Stinger” zenit raketləri, HIMARS reaktiv yaylım atəş sistemləri və döyüş sursatları, dəqiqliyi ilə seçilən snayper tüfəngləri və onun nişangahları, həmçinin MK-19 qumbaraatanlarının çatdırılması da qeyd edilib".
Nizami Bağırov