Xəbər lenti

AB Ukraynaya hərbi dəstək üçün daha 500 milyon avro ayırdı
Dünya06:06 19.07.2022

AB Ukraynaya hərbi dəstək üçün daha 500 milyon avro ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AB Ukrayna ordusuna daha 500 milyon avro maliyyə dəstəyi ayırmağa razılaşıb.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə AB-nin xarici siyasət komisarı Cosef Borrel bildirib.
Bununla da blokun Ukraynaya verdiyi ümumi məbləğ 2,5 milyard avroya çatıb.
"Hər kəs yekdilliklə "bəli, gəlin daha 500 milyon ortaya qoyaq” dedi. Qərar yaxın günlərdə veriləcək, lakin bu gün nazirlər təkliflə razılaşıblar”, – Borrel AB xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra jurnalistlərə deyib.
Avropa Şurasının sədri Şarl Mişel tvitində nazirlərin yeni maliyyələşdirmə ilə bağlı razılaşmasını "alqışladığını” bildirib və əlavə edib: "Avropa sülh və dəyərlərimizin müdafiəsi üçün yardımlarını davam etdirir”.
Borel həmçinin bildirib ki, Rusiyaya qarşı sanksiyalar üzərində iş davam edəcək və daha çox addımlar atılacaq. "Bu sanksiyalar işləyir, Rusiya iqtisadiyyatı ciddi şəkildə təsirlənir" deyən Borel sanksiyaların neft qiymətlərinin artması ilə nəticələnmədiyini bildirib.
Qeyd edək ki, bu gün xarici işlər nazirlərinin görüşündə Avropa Komissiyasının Rusiyadan qızıl idxalını qadağan etmək planları da müzakirə edilib.
Nurlan Hüseynov