Birləşmiş Ştatlar tezliklə Ukraynaya döyüş meydanında hərbçilərə effektiv yardım edən kasetli sursatların ikinci partiyasını göndərməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” adı açıqlanmayan üç ABŞ rəsmisinə istinadən xəbər
verir.
Qəzetin həmsöhbətlərindən birinin fikrincə, bu silahlar Ukraynaya cənub cəbhəsində tempi saxlamağa kömək etmək üçün açar rolunu oynayır. Pentaqonun yüz minlərlə kaset mərmisi var, lakin Vaşinqton ilk partiyada neçə mərmi olduğunu bildirməyib.
"Onlar son dərəcə səmərəlidir. Uşaqlarımız onları düşmənə qarşı necə istifadə etdiyimizi görəndə ruhları yüksəlir", - Urojaynoye uğrunda döyüşlərdə iştirak edən Ukrayna dəniz piyadası Sergey deyir.
Bəzi ukraynalı döyüşçülər kaset sursatlarının əsasən rus işğalçılarının açıq ərazilərdə olduğu zaman istifadə edildiyini və səngərlərə qarşı effektiv olmadığını bildiriblər. ABŞ rəsmiləri bildirirlər ki, Müdafiə Qüvvələri onlardan Rusiya qoşunlarının konsentrasiya olduğu yerlərə, artilleriya sistemlərinə, hava hücumundan müdafiə sistemlərinə, sursat anbarlarına, radar stansiyalarına zərbələr endirmək üçün istifadə edir.
Qeyd edək ki, Ukrayna iyulun sonundan ABŞ-ın verdiyi kaset sursatlarından istifadə etməyə başlayıb. "Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri, general Aleksandr Tarnavskinin sözlərinə görə, belə sursatlar döyüş meydanında vəziyyəti kökündən dəyişə bilər.
Nizami Bağırov