Dünya 10:27 01.10.2022

ABŞ Ukraynaya nüvə zərbəsini NATO-ya hücum kimi qiymətləndirəcək – senator Lindsi Qrem

Əgər Rusiya Ukraynanı təhdid etməyə və nüvə silahından istifadə edərsə, ABŞ bunu NATO-ya hücum kimi qəbul edəcək.

Qaynarinfo xəbər verir ki, "Dikgazete” yazır ki, bunu Respublikaçılar Partiyasından olan amerikalı senator Lindsi Qrem Məhkəmə Komitəsinin iclasında deyib

Komitənin iclası "Nürnberqdən Ukraynaya: Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət” mövzusunda olub. Çıxış edən senatorlar vurğulayıblar ki, Rusiya öz ordusunun Ukraynada törətdiyi bütün qanun pozuntularına görə cavab verməlidir.

"Putin təhdidlərini davam etdirsə və nüvə silahından istifadə edərsə, biz bunu NATO-ya genişmiqyaslı hücum hesab edəcəyik. Radiasiya təkcə Ukraynaya deyil, bütün Avropaya təsir edir", - Qrem deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası şantaj üçün nüvə silahından istifadə edir. NATO isə Moskvaya cavabın nə olacağını açıq şəkildə bildirməlidir.

"Əgər bu mesajı çatdırmasaq, Putinə və onun kimi tiranlara qarşı böyük səhv etmiş olarıq”, - Qrem deyib.

Nizami Bağırov