Amerika hərbçiləri Ukraynada ruslarla döyüşməyəcək, Vaşinqtonun bu mövqeyi münaqişənin bütün müddəti ərzində dəyişməzdir.
Qaynarinfo xəbər verir ki, bunu NBC-nin "Meet the Press” proqramına müsahibəsində Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan
deyib.
Amerika administrasiyası bu mövqeyini bir neçə dəfə ifadə edib.
"Bircə onu deyə bilərəm ki, ABŞ-ın əsas mövqeyi açıq bir məqamdır: biz Ukraynanı dəstəkləməyə davam edəcəyik, lakin heç bir Amerika hərbçisi Rusiya ordusu ilə yerdə müharibə etməyəcək. Bu, bütün münaqişə boyu dəyişməz qalacaq”, deyə Sallivan bildirib.
2022-ci ilin martında ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynada Rusiya ilə müharibə etməyəcəyini bildirib. 2022-ci ilin iyununda bu mövqe Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi tərəfindən təsdiqlənib.
Aydın