Birləşmiş Ştatlar son aylarda Ukraynaya silah tədarükünü havadan deyil, dəniz yolu ilə genişləndirib.
Bu barədə Qaynarinfo "The Washington Post”a istinadən xəbər
verir.
Silahların dəniz yolu ilə daşınması Rusiyanın Ukraynaya hücumunun başlamasından bir neçə həftə sonra başlayıb, lakin Vaşinqton Kiyevi haubitsa və digər ağır silahlarla təmin etməyə başlayanda, bu formada tadərük yazda əhəmiyyətli dərəcədə genişlənib, belə ki, qeyd edilən hərbi texnika daimi sursat təchizatı tələb edir.
Nəşr qeyd edir ki, hava ilə çatdırılma daha səmərəli olsa da, dəniz nəqliyyatı böyük həcmdə yüklərin daşınmasına imkan verir ki, bu da Kiyevə silah ehtiyatı yaratmaq şəraiti yaradır.
WP-nin fikrincə, silah tədarükünün bu şəkildə genişləndirilməsi ABŞ-ın "aylar və hətta illərlə davam edə biləcək” uzunmüddətli müharibə ehtimalını ortaya qoyur.
Digər məlumata görə, ABŞ Ukraynaya tədarüklə əlaqədar HIMARS raket sistemlərinin və onlar üçün təxminən 70-80 km mənzilli yüksək dəqiqlikli GMLRS mərmilərinin istehsalını
artıracaq.
"ABŞ Müdafiə nazirliyi HIMARS və GMLRS-nin ehtiyatlarının doldurulması üçün təxminən 400 milyon dollar əldə edib. Bundan əlavə, biz hasilatı genişləndirmək və sürətləndirmək üçün təxminən 200 milyon dollar planlaşdırırıq və bu payızda və gələn ilin əvvəlində bununla bağlı müqavilələr gözləyirik", - müdafiə nazirinin satınalma və təchizat üzrə müavini Uilyam LaPlante bildirib.
Onun sözlərinə görə, hasilatın artması ilk növbədə Rusiyaya qarşı müharibədə Ukraynaya yardımla bağlıdır.
"Ukraynaya təhlükəsizlik yardımı göstərməyə davam etdikcə, biz kritik silah və sistemlərin istehsalını sürətləndirmək üçün sənaye ilə işləyirik, - deyə o əlavə edib. - Bura daha çox inkişafa dəstək üçün maliyyə təminatı, avadanlığın alınması, istehsal zəncirlərinin genişləndirilməsi və əlavə işçi qüvvəsinin cəlb edilməsi daxildir”, - deyə nazir müavini əlavə edib.
Nizami Bağırov