Xəbər lenti

ABŞ universiteti transgender tələbəyə görə dövlət maliyyəsini itirdi
Dünya 16:35 20.03.2025

ABŞ universiteti transgender tələbəyə görə dövlət maliyyəsini itirdi

Tramp administrasiyası transseksual üzgüçü Lea Tomasın NCAA yarışlarında iştirakına görə Pensilvaniya Universitetinə (UPenn) 175 milyon dollar federal maliyyə ayırmasını dayandırıb.

Qaynarinfo bu bardə "Fox News"a istinadən xəbər verir.

Televiziya kanalı ilə söhbətində universitet nümayəndəsi bildirib ki, UPenn maliyyələşdirmənin dayandırılması ilə bağlı rəsmi bildiriş almayıb. Eyni zamanda, universitet ümumi federal maliyyələşdirmə proqramında qalıb. 2024-cü ildə bu, təxminən 1 milyard dollar təşkil edib.

2022-ci il Kollegiya Milli Çempionatında transgender tələbə Lea Tomas qadınlar komandasına qoşulub və qadınlar arasında 500 yard məsafəyə sərbəst üsulla qalib gəlib.

Yanvar ayında inauqurasiyasından sonra Donald Tramp transseksualların qadın idmanında yarışmasını qadağan edən "Kişiləri qadın idmanından kənarda saxla" adlı sərəncam imzalayıb. Tramp həmçinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında transseksualların yarışmasına qadağa qoyulmasını tələb etmək niyyətindədir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->