Xəbər lenti

ABŞ və Britaniya Aİ-ni Ukraynanı birliyə qəbul etməyə məcbur edir
Dünya14:59 08.10.2023

ABŞ və Britaniya Aİ-ni Ukraynanı birliyə qəbul etməyə məcbur edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Böyük Britaniya Ukraynaya əlavə maliyyə ayırmaq üçün Avropa İttifaqını genişlənməyə sövq edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin uğurlu olmayan əks-hücum əməliyyatı fonunda Aİ-nin Şərqə ciddi şəkildə genişlənməsinə "sərmayə qoyub”. Xüsusən də London və Vaşinqton Aİ-yə Kiyevin bloka üzvlüyünü təmin etmək üçün təzyiq göstərir.
Qəzet qeyd edib ki, Ukraynanın Avropa İttifaqına daxil olması ehtimalı qızğın müzakirələrə səbəb olub, çünki belə bir qərar olacağı təqdirdə büdcəyə və yeni üzvlərin qəbulu prosesinə yenidən baxılmalı olacaq. İndi isə Birləşmiş Ştatlar bu debatda "dərindən iştirak edir”. Bu, ABŞ-ın Kiyevə yardımı kəsməsindən sonra baş verib.
Jurnalistlər əlavə ediblər ki, britaniyalı rəsmilər də Ukraynanın Aİ-yə daxil olmasına özəl olaraq dəstək veriblər.
Mənbələr iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı dalana dirənərsə, Vaşinqton və London Ukraynanın Aİ-yə daxil olmasına stavka edəcəklər. Səbəb isə həll olunmamış münaqişələrin və qeyri-müəyyən sərhədlərin NATO-ya üzvlük istiqamətində irəliləyişə təsir etməsidir.
Aydın