Xəbər lenti

ABŞ və Britaniya Rusiyanın Avropaya hücumunun dəf edilməsi təlimi keçirdilər
Dünya15:42 11.11.2022

ABŞ və Britaniya Rusiyanın Avropaya hücumunun dəf edilməsi təlimi keçirdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Avstraliya hərbçiləri, britaniyalı reyncerlər və dron operatorları ilə birlikdə Moxave səhrasında (ABŞ) Rusiyanın Avropaya hücumunu simulyasiya edən təlimdə iştirak ediblər. 
Qaynarinfo "Times”a istinadən xəbər verir ki, bölmələr yeni taktikalar öyrənir, Ukraynadakı müharibədən dərs alır, Ukrayna çölünün düz relyefinə bənzər açıq səhra landşaftlarında təlim keçirlər 
"Konvergensiya” layihəsinin birinci yarısında Sakit Okeandakı bir adada qarşıdurma ehtimal edilir. 
İkinci mərhələ Avropadakı müharibəni təqlid edir. Hər iki hadisə ABŞ-ın Çin və Rusiya ilə münasibətlərində artan gərginlik fonunda baş verir.
"Fort Irvin”də keçirilən təlimlərdə ümumilikdə 4500-ə yaxın əsgər iştirak edib. ABŞ əsgərlərinin Əfqanıstanda müharibəyə hazırlaşdığı bu bazanın ərazisində "minarələri” və "məscidləri” olan saxta "kəndlər” var. Yaxın Şərqdəki müharibələr zamanı Los-Ancelesdən olan əfqan və ərəb dilliləri təlimlərdə mülki şəxslər rolunu oynamaq üçün Moxave səhrasına gətirilib.
Ancaq indi mülki şəxslərin rolları əsasən rusdillilərə verilir. "Mülkilərin” hətta "Fakebook” və "Twitter” "sosial şəbəkə”lərində öz səhifələri var. Təlimlərin senarisinə əsasən "sosial şəbəkə”lərdən  insan kütləsini iğtişaşlara çağırırlar. Bundan sonra əsgərlər izdihamı yatırtmalıdırlar.
Döyüş meydanında koordinasiyanı yaxşılaşdırmaq üçün ABŞ və Britaniya hərbçiləri digər ölkənin avadanlıqlarının hissələrinin istehsalı üçün 3D printerlərdən istifadə ediblər. Britaniya əsgərləri həmçinin burada yeni "M-Raza” və alman pilotsuz "Mission Master” hərbi maşınlarını sınaqdan keçiriblər.
Britaniyanın Müdafiə təchizatları naziri Aleks Çok bildirib ki, səhra təlimləri pilotsuz döyüş maşınlarına sərmayənin artırılmasının zəruriliyini nümayiş etdirib. "Biz burada bir insanın 30-dan çox dronu necə idarə etdiyini gördük. Bu, təkcə kəşfiyyat PUA-sı deyil. Onlar, həmçinin döyüş meydanında zərbə də vura bilərlər”, - deyə o, izah edib. Britaniya hökumət nümayəndəsi bildirib ki, pilotsuz dronlar tərəfindən bu qədər çox məlumat toplanır, böyük miqdarda məlumat filtrdən keçirilməli və təhlil edilməlidir.
"Məlumatların miqdarı ilə bağlı heç bir problem yoxdur. Onları necə emal etdiyinizlə bağlı problem var ", - Çok deyib. 
Nizami Bağırov