Birləşmiş Ştatlar Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmazdan əvvəl Ukrayna prezidenti Volodimir Zelenskidən Rusiyaya zərbə endirmək planları barədə təfərrüatlar almağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” adı açıqlanmayan rəsmilərə
istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ Dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Zelenski və onun komandasını gələn il üçün uzunmüddətli müharibə planı hazırlamağa məcbur etməyi planlaşdırıblar. Beləliklə, ABŞ qərar qəbul etməzdən əvvəl Kiyevin məqsədlərini və Qərbin dəstəyinin bu məqsədlərə çatmağa necə kömək edəcəyini daha yaxşı başa düşmək istəyir.
"Bloomberg" bildirir ki, bu həftə ABŞ-ın Rusiya ərazisinə uzaqmənzilli zərbələrlə bağlı mövqeyində ciddi dəyişiklik gözlənilmir.
Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Kir Starmer cümə günü, sentyabrın 13-də Vaşinqtonda görüşərək Rusiyaya qarşı uzaq məsafəli zərbələri müzakirə edəcəklər.
"The Guardian” yazır ki, Böyük Britaniya artıq Ukraynaya Rusiya ərazisinə hücumlar üçün "Storm Shadow” qanadlı raketlərindən istifadə etməyə icazə vermək qərarına gəlib.
Nizami Bağırov
Şərhlər