Xəbər lenti

ABŞ və ÇİN dünyanı necə bölüşdürür? (ŞƏRH)
Dünya10:52 07.11.2023

ABŞ və ÇİN dünyanı necə bölüşdürür? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Co Baydenlə Si Szinpin arasında görüşdə prinsipial razılıqlar əldə edilməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev San-Fransiskodakı sammit çərçivəsində ABŞ və Çin liderləri arasında olması gözlənilən görüşü şərh edərkən deyib.
Politoloq qeyd edib ki, ABŞ və Çin liderləri arasında görüş nəticəsində iki dövlət arasındakı mövcud zidiyyətlərin aradan qalxacağını ehtimal etmir:
”Yaxın Şərqdə baş verən İsrail-HƏMAS müharibəsi fonunda bölgədə ABŞ-ın hərbi donanması ilə yanaşı Çinə məxsus donanmanın da bölgəyə gəlməsi barədə söhbətlər gedir. Bundan başqa, Tayvan məsələsi iki ölkənin əsas mübahisə predmeti olaraq qalır. Habelə, ABŞ-ın Uzaq Şərqdə Asiya NATO-su adlı yeni hərbi blok yaratmaq təşəbbüsləri Pekini də təhlükəsizliklə bağlı bəzi addımlar atmağa vadar edir”. 
Ekspert qeyd edib ki, San-Fransisko görüşündə iki dövlət arasında strateji olaraq razılıqların əldə edilməsi gözlənilməsə də cari vəziyyətdə bəzi məsələlərlə bağlı müəyyən razılaşmalar əldə oluna bilər:
"Strateji olaraq hər iki ölkənin münasibətləri bir-birinə tamamilə ziddir. ABŞ özünün dünyada  hegomon mövqeyinin qorunub saxlanılması və inkişafında maraqlıdır. Çin isə birqütblü dünyadan  çoxqütblü dünya siyasətinə keçməyin tərəfdarıdır. Bu baxımdan, hər iki super gücün strateji maraqları bir-birinə ziddiyyət təşkil edir. Elə bu səbəbdən də görüşdə prinsipial razılıqların əldə ediləcəyi gözlənilmir”.
Qeyd edək ki, Ağ Evin mətbuat katibinin müavini Emili Simons ABŞ Prezidenti Co Bayden və Çin rəhbəri Si Szinpinin yaxın vaxtlarda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində görüşə biləcəklərini bildirib. O  vurğulayıb ki, ABŞ və Çin məsələ ilə bağlı prinsipial razılığa gəliblər. Çin də belə bir görüşün təşkili  üzərində işləməyə hazır olduğunu rəsmən bəyan  edib. Bundan əvvəl, oktyabrın sonunda Çinin xarici  işlər naziri ABŞ-a səfər edərək dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla danışıqlar aparıb. 
Rüfət Sultan