Xəbər lenti

ABŞ və İran bu məsələdə razılığa gəldi
Dünya18:23 10.08.2023

ABŞ və İran bu məsələdə razılığa gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və İran əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlib.
Bu barədə The New York Times yazıb .
Tehranın humanitar məqsədlər üçün 6 milyard dollar əldə etməsi və ABŞ-ın bir neçə məhbus iranlını azad etməsi müqabilində beş ABŞ məhbusuna İranı tərk etməyə icazə veriləcək .
Qeyd olunur ki, ABŞ və İran arasında bu razılaşma ilə bağlı danışıqlar bağlı qapılar arxasında iki il davam edib.
Bundan əvvəl İranın həbsdə olan 4 ABŞ vətəndaşını ev dustaqlığına köçürdüyü məlum olmuşdu ki, bu da onların tezliklə azadlığa çıxacağını göstərə bilər. Bu barədə CNN-ə amerikalılardan birinin vəkili Jared Genser məlumat verib. Amerika vətəndaşları Siamak Namazi, Emad Shargi, Morad Tahbaz və adı açıqlanmayan daha bir məhbus ev dustaqlığı altında Tehrandakı otelə köçürülüb