ABŞ və İsrail yeni lazer silahlarının hazırlanmasında əməkdaşlıq edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika prezidenti Co Bayden İsrailin baş naziri Yair Lapidlə birgə mətbuat konfransında bildirib.
"ABŞ və İsrailin müdafiə sektorları yəhudi dövlətinin və Amerika ordusunun təhlükəsizliyini təmin etmək üçün yeni lazer silahları üzərində əməkdaşlıq edəcək”, - deyə Bayden bildirib, - RİA Novosti xəbər verir.
Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yəhudi dövlətinin ABŞ-ın rəhbərliyi altında Yaxın Şərq regionu ölkələri ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirmişdi.
ABŞ prezidenti Co Bayden Yaxın Şərqə səfərinə İsrail səfəri ilə başlayıb. Bayden İsraildən başqa İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına da səfər edəcək.
Alpər