Xəbər lenti

ABŞ və Rusiya arasında məhbus mübadiləsi: basketbolçu Qreyner və But dəyişdirildi
Dünya07:52 09.12.2022

ABŞ və Rusiya arasında məhbus mübadiləsi: basketbolçu Qreyner və But dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva və Vaşinqton arasında məhbus mübadiləsi aparılıb: rusiyalı Viktor But Rusiyaya, amerikalı basketbolçu Britni Qriner isə ABŞ-a qayıdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz "Telegram" kanalında yazıb.
"Görülən səylər nəticəsində V.A.Boutun B.Qreynerlə mübadiləsinin təşkili ilə bağlı Amerika tərəfi ilə razılaşmaq mümkün oldu. Rusiya vətəndaşı vətəninə qaytarılıb”, - deyə məlumatda bildirilir. Mübadilə cümə axşamı Əbu-Dabi hava limanında baş tutub. ABŞ prezidenti Co Bayden sosial şəbəkələrdə bildirib ki, o, artıq Qreynerlə danışıb, o, tam qaydasındadır.
Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin Rusiya bölməsinin vitse-prezidenti İvan Melnikovun sözlərinə görə, mübadilədən əvvəl But ABŞ prezidenti tərəfindən əfv edilib, ona görə də Rusiyaya gəldikdən sonra o, cəzasının qalan hissəsini çəkməyəcək. "İnterfaks” xəbər verir ki, Rusiyada məhkum olunmuş Qriner də Rusiya Federasiyasının prezidenti tərəfindən əfv edilib.
Xatırladaq ki, daha əvvəl media tərəflərin Viktor Butun Rusiya Federasiyasındakı amerikalı məhbuslar Britni Qriner və Pol Uilanla mübadiləsini müzakirə etdiyini yazmışdı.
Alpər