Xəbər lenti

ABŞ və Rusiya kəşfiyyatları arasında gizli görüş (ŞƏRH)
Dünya11:11 13.07.2023

ABŞ və Rusiya kəşfiyyatları arasında gizli görüş (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gizli danışıqlarda Ukraynada atəşkəsin əldə olunması, bu ölkənin dağılmış ərazilərinin bərpası, dünya ərzaq qıtlığına qarşı mübarizə məsələləri gündəmə gələ bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns arasında olan gizli telefon danışığını şərh edərkən deyib: 
"Son yüz il ərzində soyuq müharibə vaxtı belə Rusiya ilə ABŞ arasında gizli danışıqlar olub. Bu  gizli danışıqlar da əsasən bir-birinin maraqlarını qorumağa hesablanıb. İstisna deyil ki, Narışkinlə  Berns arasında olan gizli telefon danışığı da bir-birinin maraqlarının qorunmasına xidmət edir.  Hətta bu fonda onların gizi şəkildə görüşü də baş verə bilər. Rusiya ilə ABŞ arasında  qarşıdurma olsa da, hazırda Çin məsələsində birgə maraqları mövcuddur. Digər tərəfdən,    Rusiya Ukraynada ilişib. İndi oradan çıxmaq  üçün yollar axtarır. Rusiyaya lazımdır ki, müharibə dayansın. ABŞ-a da bu lazımdır. Gizli   danışıqlarda bu məsələlər də müzakirə oluna  bilər. ABŞ Ukrayna müharibəsinin gedişində istədiyini əldə edib, 1 trilyon dollara yaxın vəsait qazanıb”. 
Qeyd edək ki, "TASS"a müsahibəsində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iyun ayının sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Bernslə telefon danışığı apardığını təsdiqləyib. S.Narışkin sözlərinə görə, amerikalı həmkarı ilə telefon söhbəti zamanı Ukrayna ilə bağlı məsələləri müzakirə ediblər. O, əlavə edib ki,  MKİ rəhbəri ilə şəxsi görüş imkanları qalır. 
Rüfət Sultan