Xəbər lenti

ABŞ və Səudiyyə Ərəbistanı birgə təlim keçirir
Dünya07:30 03.08.2022

ABŞ və Səudiyyə Ərəbistanı birgə təlim keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Böhran idarəçiliyinin gücləndirilməsi” və "hava hücumundan müdafiə qabiliyyətinin artırılması” ABŞ və Səudiyyə Ərəbistanı arasında birgə təlimin keçirilməsində əsas məqsədlərdir.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər verir.
Çərşənbə axşamı ABŞ Dövlət Departamentinin Səudiyyə Ərəbistanına üç milyard dollar dəyərində 300 Patriot raketinin təhvil verilməsi ilə bağlı razılaşmasının elan olunmasıyla eyni vaxtda ABŞ-ın bölgədəki qüvvələrinin komandanlığı Səudiyyə qüvvələrinin iştirakı ilə birgə hərbi təlim keçirməyi planlaşdırdığını açıqlayıb. 
Amerika qüvvələrinin bölgədəki qərargahı olan CENTCOM bu gün (çərşənbə günü) səhər yaydığı bəyanatda bildirib ki, "EAGLE RESOLVE" adlı birgə təlimin əsas məqsədi hazırkı və gələcəkdə regional təhlükələrə cavab vermək imkanlarını artırmaqdır. 
Həmçinin Patriot sistemləri əsasında olan müştərək müdafiə sisteminin yaradılmasında əsas məqsəd İran hökumətinin və İrana bağlı proksi qrupların raket və dron təhdidlərinə qarşı çıxmaqdır.
Qeyd edilir ki, dünən Qırmızı dənizdə yerləşən Amerikanın Beşinci Donanması İran və ona bağlı qrupların İsrailə qarşı mümkün hücumlarına hazırlıq məqsədilə İsrail ordusu ilə birgə təlim keçirib.
Aydın