Xəbər lenti

ABŞ və Yaponiya “Rusiyanın nüvə hücumunu” insanlığa qarşı akt kimi qiymətləndirəcək
Dünya07:30 14.01.2023

ABŞ və Yaponiya “Rusiyanın nüvə hücumunu” insanlığa qarşı akt kimi qiymətləndirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın baş naziri Fumio Kişida və ABŞ prezidenti Co Bayden "Rusiyanın Ukraynada nüvə silahından istənilən istifadəsini” "bütün bəşəriyyətə qarşı əsassız düşmənçilik aktı” kimi qəbul edəcəklər. 
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə iki liderin Ağ Evin dərc etdiyi birgə bəyanatında deyilir.
ABŞ və Yaponiya başçıları Rusiyanın Ukraynadakı müharibəsinə birgə qarşı çıxdıqlarını vurğulayıblar. Kisida və Bayden Rusiya Federasiyasına qarşı sanksiyaları davam etdirəcəklərini və Kiyevə dəstək verəcəklərinə söz veriblər.
Tərəflər həmçinin iqtisadi artıma nail olmaq və qlobal problemləri həll etmək barədə razılığa gəliblər.
"Biz öz iqtisadi güclərindən başqalarının hesabına qazanc əldə etmək üçün istifadə edənlərin hamısını, o cümlədən Rusiyanın bütün dünyada enerji və ərzaq təhlükəsizliyini sarsıdıcı fəaliyyətini pisləyəcəyik”, - bəyanatda deyilir.
Alpər