ABŞ Hərbi Hava Qüvvələri Sakit okeanın Tinian adasında yerləşən köhnə aerodromdan istifadəni bərpa etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN amerikalı general Kennet Vilsbaxa istinadən məlumat yayıb.
Materialda qeyd edilir ki, 1945-ci ilin avqustunda bu aerodromdan Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin atom bombaları ilə bombalanmasına başlanılıb. Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələri komandirinin sözlərinə görə, ölkə ordusunun Sakit okean regional hərbi əməliyyat-strateji formalaşmasının bir hissəsi kimi, gələcəkdə adıçəkilən baza yenidən geniş hərbi obyektə çevrilə bilər.
Vilsbax izah edib ki, bu, aerodromun bitkilərdən təmizlənməsi üzrə işlər başa çatdıqdan sonra baş verəcək. ABŞ Hərbi Hava Qüvvələrinin son bölmələri 1946-cı ildə ərazini tərk etdikdən sonra baza əsl cəngəlliyə çevrilib.
"Birləşmiş Ştatlar Yaponiyaya atom bombalarının atılmağa başladığı Sakit okean adasındakı aerodromu xidmətə qayıtmağı planlaşdırır. Çünki onlar Çinlə hər hansı hərbi əməliyyat baş verəcəyi təqdirdə baza imkanlarını genişləndirməyə çalışırlar", deyə CNN bildirir.
General əlavə edib ki, yaxın bir neçə ay ərzində bu məsələdə əhəmiyyətli irəliləyiş müşahidə oluna bilər. Bununla belə, Tinian adasındakı aerodromun fəaliyyətinin bərpası ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Sözügedən ada Sakit okeanda Amerika ərazisi olan Şimali Mariana Adaları Birliyinin bir hissəsidir. Havay adalarından təxminən 6 min kilometr məsafədə yerləşir və 39 kvadrat mil əraziyə malikdir.
Aydın