Xəbər lenti

ABŞ Yaxın Şərqdə əlavə HHM sistemi yerləşdirir və qoşunları öyrədir – Ostin
Dünya11:31 22.10.2023

ABŞ Yaxın Şərqdə əlavə HHM sistemi yerləşdirir və qoşunları öyrədir – Ostin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Yaxın Şərqdə əlavə hava hücumundan müdafiə vasitələri yerləşdirir və fövqəladə hallar üçün qoşun hazırlayır.
Qaynarinfo Pentaqonun saytına istinadla xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib. Onun sözlərinə görə, bu qərar prezident Co Baydenlə İran və onun yaxın Şərq regionunda müvəkkil qüvvələrinin son eskalasiyası ilə bağlı ətraflı müzakirələrdən sonra qəbul edilib.
"Mən bu gün (ABŞ) Müdafiə Nazirliyinin  bölgədəki mövqeyini daha da gücləndirmək üçün bir sıra əlavə addımlar atmağı əmr etdim. Bu addımlar regional çəkindirmə səylərini və ABŞ qüvvələrinin bölgədəki müdafiəsini gücləndirəcək, İsrailin müdafiəsinə kömək edəcək", - Ostin deyib.
Birləşmiş Ştatlar "USS Dwight D. Eisenhower aviadaşıyıcı" zərbə qrupunu Mərkəzi Komandanlığın məsuliyyət zonasına yönləndirib. O, hazırda Aralıq dənizinin şərqində fəaliyyət göstərən "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinə dəstək olacaq. 
Pentaqon rəhbəri qeyd edib ki, bu addımlar bir sıra gözlənilməz vəziyyətlərə cavab vermək imkanı verəcək. O, həmçinin Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi (THAAD) batareyasının və əlavə Patriot batalyonlarının regionda yerləşdirilməsini aktivləşdirib.
Ostin anında cavab vermək qabiliyyətini artırmaq üçün əlavə fövqəladə qüvvələrə əmr verib.
Alpər