Xəbər lenti

ABŞ yaxın həftələrdə Ukraynaya MLRS raket sistemləri göndərəcək - WSJ
Dünya18:17 31.05.2022

ABŞ yaxın həftələrdə Ukraynaya MLRS raket sistemləri göndərəcək - WSJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaşinqton Ukraynaya 65 km-dən çox məsafədəki hədəfləri vura bilən idarə olunan raket sistemləri göndərməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal” ABŞ rəsmiləri arasında mənbələrə istinadən məlumat yayıb 
Qeyd olunur ki, ABŞ-ın göndərməyi planlaşdırdığı idarə olunan raket kompleksi Ukrayna Silahlı Qüvvələrinin artıq işğalçılara qarşı aktiv şəkildə istifadə etdiyi M777 haubitsalarının atış məsafəsindən təxminən iki dəfə böyükdür.
Rəsmilər vurğulayıblar ki, bu sistemləri Ukraynaya göndərməkdə məqsəd Kiyevin müharibəni Rusiyanın dərinliklərinə qədər genişləndirməsinin qarşısını almaqla Ukrayna ordusunun atəş gücünü artırmaqdır.
Mənbələrin məlumatına görə, onlar bir neçə həftə ərzində Ukraynaya gələ bilərlər, hərbçilərin təlimi isə ən azı 10 gün çəkəcək.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukraynaya Rusiya Federasiyası ərazisinə çata biləcək raket sistemləri göndərməyəcəyini bildirmişdi. Eyni zamanda, o, MLRS-in Ukraynaya göndərilməsini tamamilə istisna etməmişdi.
Nizami Bağırov