Xəbər lenti

Dünya 20:14 14.01.2024

ABŞ Yəmənə hücumla bağlı məlumatların sızmasına görə Londondan narazıdır

Pentaqon Böyük Britaniyada Ənsar Allah hərəkatına (husilər) qarşı hücumlarla bağlı məlumatların sızmasından narazıdır. 

Qaynarinfo xəbər veirr ki, bu barədə "Daily Telegraph” qəzeti Amerika hərbçiləri arasında olan mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, yanvarın 11-də Vaşinqtonla London arasında gərginlik baş verib. Hücumla bağlı bütün məlumatların yalnız əməliyyat başa çatdıqdan sonra açıqlanacağı güman edilirdi, lakin Böyük Britaniyanın "The Times” qəzeti planlaşdırılan hücumdan bir neçə saat əvvəl zərbələr barədə məlumat yayıb.

Qeyd olunur ki, London məlumat sızmasının əməliyyatın gedişinə təsir etmədiyini israr edir. Britaniya diplomatları və siyasətçiləri məlumatın necə sızdığını anlamağa çalışırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->