Pentaqonun sənədlərinin "sızması” ABŞ-ın Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı casusluq etdiyini göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN 53 sənədi təhlil edərək
yazır.
Hesabatında ABŞ xüsusi xidməti radio kəşfiyyat məlumatlarına istinad edir. CNN-in məlumatına görə, sənədlərdən birində deyilir ki, fevralın sonunda Zelenski "Rusiya qoşunlarının Rostov vilayətində dislokasiya olunduğu yerlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbələr endirməyi təklif edib”, çünki Ukraynanın belə bir məsafəyə hücum etmək üçün uzaq mənzilli silahları yoxdur.
CNN-in məlumatına görə, bu kəşfiyyat məlumatları ABŞ-ın Ukraynanı uzaqmənzilli raket sistemləri ilə təmin etmək istəməməsi ilə bağlı ictimai şərhlərini Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün onlardan istifadə edəcəyi qorxusu ilə izah edə bilər. Fevralın əvvəlində müdafiə naziri Oleksiy Reznikov Ukraynanın Qərb silahlarının Rusiya Federasiyasının ərazisinə hücumlar üçün istifadə olunmayacağına zəmanət verəcəyinə əmin edib.
ABŞ-ın mümkün casusluğu ilə bağlı məlumatı şərh edən Zelenskiyə yaxın bir mənbə bildirib ki, "bu, təəccüblü deyil, lakin Ukrayna rəsmiləri məlumat sızmasından dərin məyusdur”.
Nizami Bağırov