Bu gün cümə axşamı minlərlə insan Abadan şəhərində çökən bina qurbanlarının dəfn mərasimində bu şəhərdə toplaşıblar.
Qaynarinfo bu barədə Azad Avropa radiosunun fars bölümünə istinadən xəbər
verir.
Məlumata əsasən, polis qüvvələri Abadan şhəhərinin giriş yollarını bağlamağla digər şəhərlərdən gələn insanlara maneə törədiblər.
Deyilənlərə görə, mərasım boyu İran hökuməti və rəsmilərinə qarşı sərt şüarlar səsləndirilib.
Həçinin qeyd edilir ki, bu gün Abadan əhalisi ilə həmrəylik qöstərmək üçün İranın bir neçə müxtəlif şəhərində, o cümlədən Sənəndəc, Kermanşah, Kiş, Əhvaz və İlam da isə etiraz mitinqləri hayata keçirilib.
Xatirladaq ki, Abadanda Metropol binasının çökməsi nəticəsində 38 nəfərin ölümü Xuzistan və İranın bir sıra digər əyalətlərində geniş xalq etirazlarına səbəb olub.
M.Arif