Xəbər lenti

Abbas Abbasov “AST Telman”ı niyə yarıyolda qoydu? - ŞOK MƏLUMATLAR
Ölkə06:03 18.11.2014

Abbas Abbasov “AST Telman”ı niyə yarıyolda qoydu? - ŞOK MƏLUMATLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yəhudi biznesmen haqda yeni şokməlumatlar ; Milyarderin şirkətini borc “əridir”; Azərbaycanın sabiqvitse-primyeri rəhbərlərindən biri olduğu şirkətə daha getmir vətədbirlərdə Telman İsmayılovla birgə görünmək istəmir; Beynəlxalq Bankqalmaqallı iş adamının borclu olduğunu təsdiqlədi...

Xəbərverdiyimiz kimi,  Rusiyada dərc olunan “Kommersant” qəzeti yəhudi əsilliiş adamı Telman İsmayılovun (“AST Telman”) Moskvada ümumi dəyəri 140milyon dollar olan yarımçıq qalmış mehmanxanasının aktivlərininAzərbaycan Beynəlxalq Bankının nəzarətinə keçməsi barədə yazı dərc edib.Məlumatdan belə aydın olur ki, T.İsmayılov nə vaxtsa Beynəlxalq Bankdanda iri məbləğdə kredit götürübmüş və indi o, krediti qaytara bilmədiyiüçün bank yəhudi biznesmenin daşınmaz əmlakının bir hissəsini özmülkiyyətinə keçirib. 
“Kommersant” qəzetininbu barədə xəbərinə Beynəlxalq Bank rəsmi münasibət bildirməyib. BankınMoskva bürosundan axar.az saytına isə deyiblər ki, T. İsmayilovhəqiqətən də onlara borcludur: “Amma ”Kommersant" qəzetində göstərilənobyektlərin heç biri nə birbaşa, nə də ki, dolayısı yolla bizim bankınfəaliyyətinə aiddir. Materialda yazılanlardan yalnız bir məsələnin bizəaidiyyəti var: Azərbaycan Beynəlxalq Bankında həqiqətən AST QOF-unhesabı var və hazırda bu şirkət bizim kredit borclumuzdur". Yənibiznesmenin külli-miqdarda borclu olduğu xəbəri təsdiqlənir.
Maraqlıdırki, bu borc xəbəri yayıldıqdan sonra bəzi Azərbaycan saytlarıT.İsmayılovun dünya şöhrətli müğənni Şakira ilə ad günündə “Azərbaycan”mahnısının sədaları altında rəqsi etməsi əks olunan videonu yayıb. Ammaqısa bir araşdırma ilə aydın olur ki, bu video düz 6 il əvvəlT.İsmayılovun xoşbəxt günlərində-ad günündə lentə alınıb. 
2009-cuildə “Çerkizovsk” bazarının Putinin göstərişi ilə bağlanmasından sonraT.İsmayılov Rusiyanı tərk edib və faktiki olaraq Moskvadakı biznesfəaliyyətini dayandırıb.  
Son məlumatlara görə, T.İsmayılovbir müddətdir ki, qeyri-rəsmi olaraq “AST” şirkətlər qrupununrəhbərliyini də tərk edib. O, “AST” dəki biznes aktivlərinin 37 faizinioğulları Ələkbər və Sərxanın, holdinqin 25 faizini isə qohumu ZaurMərdanovun adına rəsmiləşdirib. Biznesmenin çöküşünə qədər holdinqə30-dən çox  kompaniya daxil idi. Onların sırasında mehmanxana(“AST-qof”), tikinti (“AST-mapstroy”), sərnişin daşımaçılığı(“AST-taksi”), zərgərlik(“AST-qold”) və restoran biznesi də vardı.Kompaniya təkcə Moskvada 1,5 milyon kvadratmetr daşınmaz əmlaka sahibidi. 
Rusiyamənbələri yazır ki, “AST” qrupuna indi hansı kompaniyaların daxilolduğunu demək çətindir. T.İsmayılovun “AST-müzykıl”, “Praqa-AST”,“AST-meç”, o cümlədən Moskvada nəşriyyat evi kimi kompaniyaları itirdiyidəqiqdir. Bu kompaniyaların niyə “əridiyi” barədə dəqiq bilgi verilmir,amma böyük ehtimalla T.İsmayılov borcları səbəbindən bu şirkətləri yasatıb, ya da borcu əvəzində aktivlərində imtina etməyə məcbur olub.Məsələn, onun 3500 hektar sahəsi olan  “Kalinski” kolxozunun ərazisinialdığı, amma burada evlər tikmək niyyətinin baş tutmadığı və sondaərazini naməlum bir şirkətə satdığı deyilir. Onun “AST” rəhbərliyiniməhz borcları səbəbindən tərk etdiyi və bununla da oğlanlarını sığortaetmək istədiyi iddia olunur. 
Buqalmaqalda hələ ki ortada görünməyən daha bir tanınmış sima var. Söhbət“AST” şirkətinin vitse-prezidenti, Azərbaycan baş nazirinin sabiqbirinci müavini Abbas Abbasovdan gedir. Bir müddət əvvələ kimi “AST”şirkətindən baş verən hər hansı qalmaqallı məsələlərlə bağlı dərhaltəkzib verən vitse-prezident  çoxdandır ki, müəmmalı şəkildə susur.
2005-ciildə Bakıdan ayrılan A.Abbasov əvvəldən də ciddi əlaqələri olduğuMoskvaya pənah apardı. Kreml hakimiyyəti ilə münasibətlərindən xəbərdarolan köhnə dostu T.İsmayılov Abbas Abbasova “AST” şirkətindəvitse-prezident postu verdi. Amma bu təyinatdan sonra T.İsmayılova dahageniş imkanlar yaradılmadı, əksinə, ona qarşı Rusiya hakimiyyətindəntəzyiqlər başladı. Onun “Çerkizovsk” bazarı bağlandı, biznesinə əngəlləryaradıldı və nəhayət, sıxışdırılıb Rusiyanın biznes-elitasındançıxarıldı. 
Bu dəfə də A.Abbasovun ciddidəstəyi ilə o, Türkiyəyə yerləşdi, bu ölkənin vətəndaşlığını aldı və“Mardan Palace” ni tikdi. Qeyd edək ki, biznesmenin “Mardan Palace”otelinə görə də “Halk Bank”dan 62,5 milyon dollar kredit alaraq geriqaytarmaması ilə bağlı xəbərlər var. 
A.Abbasov “AST” dəvəzifə aldıqdan sonra  T.İsmayılovun Azərbaycan hakimiyyəti ilə dəmünasibətləri pozuldu. 2013-cü il seçkisi ərəfəsi T.İsmayılovA.Abbasovun yaratdığı “Milyarderlər İttifaqı”na daxil olduqdan sonra,ümumiyyətlə Bakıya gəlməsi qadağan olundu. Müsahibələrində “Azərbaycanprezidentinə qarşı olan təşkilatda yer ala bilmərəm” desə də, yəhudibiznesmenə tətbiq edilən qadağa indi də qalır... Məlumatlara görə,Azərbaycan hakimiyyətinin əlində prezident seçkisi ərəfəsi “Milyarderlərİttifaqı” üzvlərinin Türkiyəyə səfərləri və onların “Mardan Palace” dəkeçirdikləri məxfi görüşlər barədə sensasion xarakterli (qəzetlərəçıxarılsa) məlumatlar var.   
Moskvadakıbir mənbəmiz  deyib ki, A.Abbasov bir müddətdir ki, “ictimai əsaslarlaişlədiyi” “AST” şirkətindən ayrılıb, ofisə getmir və Rusiya elitasınıntədbirlərdə də dostu ilə birgə görünmür. 
Qaynağımızdeyir ki, A.Abbasovun Azərbaycanda vəzifədən “könüllü” çıxmasındansonra ilkin dövr üçün vitse-prezidentlik kimi posta ehtiyacı olub.T.İsmayılov da bu lütfü ona göstərib. Amma T.İsmayılovun ciddi biznesproblemləri başlayanda A.Abbasov yaxasını kənara çəkib, yalnız sözdədostunu dəstəkləyib. //musavat.com