
“Azerros” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik edib.
“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“Bizim ölkəmizdə yaşayan Rusiya azərbaycanlıları bir çox digər xalqlar kimi Rusiya Federasiyasında sülhün, stabilliyin və rifahın qorunub-saxlanması üçün etdikləriniz üçün sizə qarşı dərin rəğbət hissi bəsləyir.
Sizinlə Azərbaycan prezidenti İlham Əliyev arasında yaranan mehriban şəxsi əlaqələri, eyni zamanda Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin davamlı güclənməsi üçün dəyişməz olaraq qalan diqqətinizi yüksək qiymətləndiririk.
Əminəm ki, Azərbaycanla Rusiya arasında əldə olunan razılıq çoxəsrlik dostluq ənənələri, qarşılıqlı dəstək, həmçinin dil, mədəniyyət və tarixi ortaqlığa sahib qardaş xalqlarımızın xeyrinə ölkələrimiz arasında strateji əməkdaşlığın dərinləşməsinə yardım edəcək.
Fürsətdən istifadə edərək bütün qəlbimlə sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və Rusiya xalqının xeyrinə dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.
Qaynar.info