Xəbər lenti

Abdullah Gül nədən narahatdır?
Dünya17:24 07.08.2013

Abdullah Gül nədən narahatdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin rəhbər şəxsləri Taksim hadisələri ilə bağlı açıqlamalar verib. 

APA-nın verdiyi məlumata görə, ölkə prezidenti Abdullah Gül Ramazan bayramı münasibətilə xalqa müraciət edib. O, “Gezi parkı” olaylarından cəmiyyətdə yaranmış gərginliyin Türkiyənin imicinə zərər verdiyini vurğulayıb.

Baş nazir Rəcəb Tayyib Ərdoğan da “Gezi parkı” hadisələrindən danışıb. O, cəmiyyətdə birliyin və bərabərliyinin vacibliyini önə çəkib. “Millət olaraq biz gücümüzü mədəniyyətimizin dəyərlərindən: haqq-ədalətdən alırıq. İnsanları ayırmadan inamlı addımlarla aydın bir gələcəyə doğru gedirik”, - deyə o bildirib.

Qaynar.info