Xəbər lenti

Abramoviç Aİ sanksiyalarının ləğv edilməsinə dair məhkəməni uduzdu
Dünya11:22 20.12.2023

Abramoviç Aİ sanksiyalarının ləğv edilməsinə dair məhkəməni uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyalı milyarder Roman Abramoviç Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqının ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə dair iş üzrə məhkəməni uduzub.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.
Lüksemburqda yerləşən Avropa Məhkəməsi Abramoviçin təzminat tələblərini rədd edərək, onun Rusiyanın polad şirkəti "Evraz”dakı rolunu və poladın Rusiya hökumətinin əsas gəlir mənbəyi olduğunu qeyd edib.
"Məhkəmə cənab Abramoviçin irəli sürdüyü iddianı rədd edir və bununla da ona qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri təsdiqləyir... Abramoviçin "Evraz” qrupunda və xüsusən də onun ana şirkətindəki rolunu nəzərə alaraq, Abramoviçin adını siyahılara daxil etmək və daha sonra saxlamaq qərarına gələn Avropa Şurası əslində səhv etməyib”, - Aİ məhkəməsi öz qərarında bildirib.
Aİ hakimləri həmçinin Abramoviçin Portuqaliya vətəndaşı olaraq Aİ daxilində sərbəst hərəkət etmək azadlığının "qeyri-mütənasib pozuntu” iddialarını da rədd ediblər.
Nizami Bağırov