Xəbər lenti

Abramoviçin 10 milyon avroluq evinə həbs qoyuldu
Dünya 12:20 15.05.2022

Abramoviçin 10 milyon avroluq evinə həbs qoyuldu

Rusiyalı milyarder Roman Abramoviçin Portuqaliyanın Alqarve bölgəsindəki 10 milyon avroluq evinə həbs qoyulub.

Qaynarinfo "Publico” qəzetinə istinadən xəbər verir ki, Abramoviçin investisiya holdinqinə məxsus "Millhouse Views” MMC bu əmlakı satmağa cəhd etsə də, Portuqaliyanın dövlət bank korporasiyası bu barədə ölkə polisinə məlumat verib.

Portuqaliya Xarici İşlər Nazirliyinin tələbi ilə martın 25-dən əmlakın qeydiyyatı dondurulub.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Roman Abramoviç, o cümlədən onun "Çelsi" klubu Avropa İttifaqı və Böyük Britaniyanın sərt sanksiyalarına məruz qalıb və maliyyə aktivləri dondurulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->