Xəbər lenti

Abramoviçin həbsi xəbəri yayıldı (VİDEO)
Dünya14:01 25.03.2013

Abramoviçin həbsi xəbəri yayıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur rusiyalı oliqarx, dünyanın ən varlı adamlarından biri sayılan Roman Abramoviç ABŞ-da həbs edilib. Onun ABŞ Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Rusiyanın RBK telekanalı məlumat verib. İddia olunur ki, Abramoviçin həbsi ya keçmiş rusiyalı oliqarx Boris Berezovskinin müəmmalı ölümü, ya da özünün biznesi ilə bağlı ola bilər.

Onun rəsmi nümayəndəsi Con Mann "Dojd" telekanalına verdiyi açıqlamasında Abramoviçin hazırda ABŞ-da olduğunu bildirsə də, saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib. 

Ancaq Rusiyanın Nyu-Yorkdakı konsulluğu rus milyarderin saxlanılması ilə bağlı xəbərdar olduqlarını deyib: "Konsulluğun bundan xəbəri var, biz artıq müəyyən araşdırmalar aparırıq".

***

Axşam saatlarında FTB Abramoviçin ABŞ-da saxlanılması xəbərini təkzib edib. Bildirilib ki, Abramoviç ABŞ-da olsa da, həbs edilməyib.

Qaynar.info