
İsrailin Türkiyədən üzr istəməsi İranı narahat etməyə başlayıb.
Qaynar.info-nun məlumatına görə, İsrail baş naziri Binyamin Netanyahunun Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğandan üzr istəməsilə bağlı açıqlama verən İranın Baş Qərargah rəisinin müavini general Məsud Cəzayiri bunu ABŞ, İsrail və türkiyə tərəfindən bölgədəki sionist rejim əleyhinə olan dirənişə zərbə vurmaq məqsədilə ortaya atılan bir oyun adlandırıb.
İnqilab Keşikçiləri Korpusunun yayım orqanı olan Sipah xəbər agentliyinə açıqlama verən general, "Qlobal həyasızlığın dünyadakı lideri (ABŞ) müsəlman aləmində İranın yerinə qoyacaq bir ölkə axtarır. İslam dünyasının seçilmişləri ayıq olmalı, Amerika ilə müttəfiqlərinin onları zəiflətməsinə imkan verməməlidir" deyib.
Türkiyəni "Amerika maşası" adlandıran Cəzayiri ABŞ-ın dünyada Amerika İslamı yaratmaq istədiyini bildirib.
Qaynar.info