Meksikadan ABŞ-a keçmək istəyən yüzlərlə meksikalı həbs edilib.
Qaynarinfo xəbər verir ki, Çiapas ştatından ABŞ-a doğru yola düşən 3 min nəfərlik konvoya basqın təşkil edilib və 400 nəfər həbs edilib. Miqrasiya İnstitutu 5336 miqrantın Çiapasda yerləşən sığınacaqlarda qaldığını və 1500 nəfərin deportasiya ediləcəyini açıqlayıb.
Ötən ilin dekabrında Mərkəzi Amerikadan ABŞ-a keçmək istəyən 7 min miqrant Meksikaya gəlib. Mart ayında ABŞ hərbçiləri ölkəyə qanunsuz keçmək istəyən şəxslərə bibər qazı ilə müdaxilə edib. ABŞ prezidenti Donald Tramp Meksikadan qanunsuz miqrant axınının qarşısını almaq üçün "Meksika Divarı"nın tikintisinə nail olmağa çalışır.
Gülşən