Xəbər lenti

ABŞ “Abrams” tanklarını Rusiya sərhədlərinə göndərir.
Dünya14:25 26.11.2014

ABŞ “Abrams” tanklarını Rusiya sərhədlərinə göndərir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ “Abrams” tanklarını Rusiya sərhədlərinə göndərir.
ABŞ ən yaxın illərdə NATO ölkələrində təxminən 150 tank və zirehli texnika yerləşdirməyi planlaşdırır. Onlardan bir hissəsi Şərqi Avropada yerləşdiriləcək.
Publika.az-ın Litvanın “Delfi” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı, general-leytenant Frederik Ben Xodjes bildirib.
Amerikalı generalın sözlərinə görə, ABŞ-ın tankları Avropada “Atlantic Resolve” əməliyyatı çərçivəsində yerləşdiriləcək. O, xatırladıb ki, əməliyyatın əsas hədəfi Ukraynanın şərqində Rusiyanın təcavüzkar siyasəti kontekstində Polşa və Baltikyanı ölkələrin təhlükəsizliyinin gücləndirilməsidir.
Zirehli texnikanın 50 vahidi artıq Avropaya göndərilib. Bundan başqa, 100 ədəd M1 "Abrams” tankı və “Bredli" piyada döyüş maşınlarının Almaniyaya göndərilməsi planlaşdırılır.
 General hərbi texnikanın Avropada qalacağını deyib. Onun sözlərinə görə, tankların Avropada yerləşdirilməsi NATO-nun şərq sərhədləri ətrafında manevrlərin effektivliyini yüksəldəcək.
Xodjes qeyd edib ki, hərbi texnikanın Şərqi Avropanın məhz hansı ölkəsində yerləşdirilməsi barədə   öz tövsiyələrini verəcək: “Mən zirehli tank bölüyünün yerləşdirilməsi imkanlarını qiymətləndirəcəyəm. Baltikyanı ölkələr, Polşa, Rumıniya və yaxud Bolqarıstan bunlardan biri ola bilər”.
Qaynar.info