ABŞ Çinin texnologiya nəhəngi Huawei-in bəzi işçilərinə viza qadağası tətbiq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo yazılı açıqlama verib. Açıqlamada bildirilib ki, qlobal miqyasda insan hüquqlarını pozan rejimlərə dəstək verən Çin mərkəzli texnologiya şirkətlərinin bəzi işçilərinə viza məhdudiyyətləri və ölkəyə giriş qadağası tətbiq edilib.
Viza məhdudiyyətləri və qadağasının Çin Kommunist Partiyası rejiminin insan hüquqlarını pozamasına dəstək verən Huavey şirkətinin işçilərinə tətbiq olunacağını qeyd edən Pompeo Huaveyin Çin hökumətinin nəzarət silahı olduğunu deyib.
Əlavə edib ki, şirkət siyasi müxaliflərə senzura qoymaqla yanaşı, Sincan Uyğur Bölgəsindəki toplama düşərgələrinə də dəstək verir.