Massaçusets Texnologiya İnstitutunun alimləri Harvard Universitetindəki həmkarları ilə birlikdə daşıyıcının koronavirus xəstəliyindən əziyyət çəkib-çəkmədiyini göstərən qeyri-adi maska hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, bütün iş maskada olan xüsusi sensordadır – bu sensor bir şəxsin maskanı taxmasından təxminən bir saat yarım sonra nəticəni göstərə bilər. Maskanı elə qurmaq olar ki, başqaları nəticəni görə bilməsin.
Alimlər bu kəşfləri haqda Massaçusets Texnologiya İnstitutunun saytında məlumat veriblər. Onlar buna oxşar sensoru uzun müddət əvvəl yaratmağa başladıqlarını qeyd ediblər. Ancaq onda həmin maska onu taxan şəxsin Ebola və Zika viruslarına yoluxub-yoluxmadığını göstərməli idi. İnkişaf hansının hədəf alındığına görə müxtəlif virusları tuta bilər.
Con Hopkins Universitetinə görə, ABŞ-da koronavirus pandemiyası başlayandan bəri 33,6 milyondan çox insan yoluxub, 604 mindən çoxu ölüb. Hər iki nisbət də dünyada ən yüksəkdir.
Alpər