Xəbər lenti

ABŞ alimləri koronavirusun qeyri-adi simptomlarını üzə çıxardı
Dünya14:06 05.01.2022

ABŞ alimləri koronavirusun qeyri-adi simptomlarını üzə çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) mütəxəssisləri müəyyən ediblər ki, insanda boz dodaqlar, dəri və dırnaqlar omikron koronavirus ştammına yoluxduğunu göstərə bilər. 
Qaynarinfo xəbər verir ki, bu haqda "The Mirror”un məlumatında deyilir.
"Klassik” koronavirusa yoluxmanın üç əsas əlamətinin yüksək hərarət, davamlı öskürək, dad və qoxu hisslərinin itirilməsi və ya dəyişməsi olduğu güman edilir.
Eyni zamanda, "The Mirror” qeyd edir ki, "omikron”un əlamətləri daha çox soyuqdəyməyə bənzəyir və bu simptomlar xəstələr və həkimlər tərəfindən çox vaxt "yüngül” kimi qiymətləndirilir. Ancaq dərinin, dodaqların və dırnaqların rəngi dəyişirsə, dərhal həkimə müraciət etmək lazımdır. Alimlər qeyd ediblər ki, bu simptomlar qanda aşağı oksigen səviyyəsini göstərə bilər.
Digər təhlükəli simptomlara nəfəs darlığı, davamlı sinə ağrısı və ya təzyiq, çaşqınlıq, yuxudan oyana və ya oyaq qala bilməmək daxildir.
Alpər