ABŞ-ın baş katibi Mayk Pens NASA Conson Kosmik Mərkəzində çıxış edib.
Qaynarinfo Space.com-a istinadən xəbər verir ki, baş katib ABŞ və NASA-nın birgə layihəsi olan Ay ətrafında orbital kosmik stansiya barədə danışıb. Layihənin reallaşması üçün konqreslə danışıqlar aparılır və 500 milyon dollar vəsait ayrıla bilər. Pens Ayda tikinti üçün ilk təchizatın bir neçə il ərzində göndəriləcəyini, ABŞ-dan olan qrupun 2024-cü ilin sonuna qədər Ay Orbital Stansiyasına eniş edəcəyini açıqlayıb. NASA layihə üçün Space Launch System (SLS) raketindən və Orion kosmik gəmisindən istifadə edəcək və hər iki vasitənin 2019-2020-ci illərdə sınaqdan keçiriləcəyi gözlənilir. ABŞ hazırda Beynəlxalq Kosmik Stansiyaya səfər etmək üçün Rusiyanın kosmik proqramından istifadə edir və bir nəfər üçün 82 milyon dollar ödənilir.
Gülşən