Xəbər lenti

ABŞ Belarusa yardım təklif etdiyinə görə Rusiyanı tənqid etdi
Dünya06:44 18.08.2020

ABŞ Belarusa yardım təklif etdiyinə görə Rusiyanı tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatların Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin rəhbəri Eliot Engel və komitədəki respublikaçı lider Maykl Makkal Rusiyada etiraz aksiyalarına görə Belarusa "hərbi yardım" göstərmək fikrinə görə qınayıb.
Bundan əvvəl, Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarının təhlükəsizliklə bağlı ilk istəyində ölkəyə kömək göstərməyə razılıq verdiyini iddia edib. Belarus lideri KTMT və Birlik Dövləti çərçivəsində iki ölkə arasındakı müqavilələrə də toxunub.
ABŞ Xarici Əlaqələr Komitəsinin saytında yayımlanan açıqlamada millət vəkilləri Lukaşenkoya kömək etmək üçün Putinin "ehtiyatsız təklifini" qəti şəkildə pisləyiblər. Engel və Makkal ABŞ rəhbərliyini "Moskvanın təcavüzünü qarşı durmağa”, Belarus xalqına dəstək vermək üçün Avropa müttəfiqləri ilə əməkdaşlığa, tutulan etirazçı və siyasi məhbusların sərbəst buraxılmasını tələb etməyə və respublikanın həddindən artıq zorakılıq tətbiqini qınamağa və ölkənin gələcəyini qurmaq üçün suveren hüququnu müdafiə etməyə çağırıblar.
Alpər