
ABŞ Suriya prezidenti Bəşər Əsədi və onun ələvi müttəfiqlərini hakimiyyətdən devirmək planından müvəqqəti imtina edib.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb.
Ağ Evin bu barədə qərarı Londonda “Suriyanın dostları”nın görüşündə suriyalı müxalifətçilərə çatdırılıb.
ABŞ-ın bu addımı onunla əsaslandırılır ki, Bəşər Əsədə qarşı mübarizədə Qərb ölkələri tərəfindən dəstəklənən üsyançılar yox, “Əl Qaidə”yə bağlı radikal qruplaşmalar qazanır.
Beləliklə, Bəşər Əsədin devrilməsi yaxın bir neçə ay ərzində ABŞ və müttəfiqlərinin əsas hədəfləri siyahısından çıxarılıb.
Qaynar.info