Xəbər lenti

ABŞ Bin Ladendən sonra onu da öldürdü
Dünya06:14 02.11.2013

ABŞ Bin Ladendən sonra onu da öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Talibanın Pakistandakı lideri Həkimullah Məsud pilotsuz təyyarələrin hücumu nəticəsində öldürüldüyü bildirilib.

Qaynar.info
xəbər verir ki, Həkimullahın ölümü Pakistan və Taliban mənbələri tərəfindən təsdiqlənib.

Pakistan rəsmiləri ABŞ-ın illərdir izinə düşdüyü və başına 5 milyon dollar mükafat qoyduğu Həkimullah Məsudu Şimali Vəziristanda avtomobilində olarkən pilotsuz təyyarələr vasitəsilə öldürdüyünü açıqlayıb.

"Reuters"ə açıqlama verən kəşfiyyat rəsmilərindən biri ABŞ pilotsuz təyyarələrinin Həkimullahın olduğu maşına iki raket atdığını bildirib.

Hakimullahla bərabər onun cangüdəni və sürücüsü də daxil olmaqla 4 nəfər həlak olub.

Qaynar.info