ABŞ yanvarın 9-da Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməli olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə viza verməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuter" agentliyi adını açıqlamadığı ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Qeyd edək ki, general Qasim Süleymaninin öldürülməsindən sonra iki ölkə arasında vəziyyət gərginləşib. İranın Ali dini lideri Ayətullah Əli Xameneyi ABŞ-dan bunun qisasının alınacağını vəd edib.
Camal