Xəbər lenti

ABŞ BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı
Dünya09:45 15.09.2018

ABŞ BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.
Qaynarinfo xəbər verir ki, iclasda ABŞ-ın Şimali Koreyaya tətbiq etdiyi sanksiyaların icrası məsələsi müzakirə ediləcək. 
ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli ötən günlərdə Şimali Koreyaya qarşı sanksiyaları izləyən heyətin Rusiyanın təzyiqinə məruz qaldığını və hesabatda dəyişikliklər edildiyini açıqlamışdı. Bildirilir ki, Şimali Koreyaya qeyri-leqal ixrac edilən neft məhsullarının miqdarında ciddi artım var və orijinal hesabat yayımlanmalıdır. ABŞ həmçinin iddia edir ki, Şimali Koreya nüvə və raket proqramlarını dayandırmayıb və dənizdə kömür ticarəti ilə bağlı sanksiyaları pozur.
Gülşən