Xəbər lenti

ABŞ-da 800 reys təxirə salındı (SƏBƏB)
Dünya05:50 02.12.2019

ABŞ-da 800 reys təxirə salındı (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-a yağan güclü qar 800 reysin ləğvinə səbəb olub. 
Qaynarinfo CNN-ə istinadla bildirir ki, pis hava şəraiti ABŞ-ın şərq sahillərini iflic vəziyyətinə gətirib.
Nəticədə altı minə yaxın daxili və beynəlxalq reyslərin uçuşu ləngiyib. Amerikanın Delta Air Lines aviaşirkətinə məxsus təyyarə isə Buffalo (Nyu York) beynəlxalq hava limanında uçuş zolağından çıxıb.
Sinoptiklər bu gün də əlverişsiz hava şəraitinin davam edə biləcəyi haqda xəbərdarlıq edib.
Alpər