ABŞ-ın ən böyük metropoliteninin bir sakini iğtişaşlarla müşayiət olunan geniş etiraz mitinqləri zamanı polis avtomobilini yandırdığı üçün iyirmi ilini dəmir barmaqlıqlar arxasında keçirə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Nyu Yorkun Şərq dairəsinin məlumatında deyilir.
"Maykl Rodriqesin 2 iyun 2020-ci ildə Nyu York Şəhər Polis İdarəsinin boş avtomobilini yandırmaqla bağlı ittihamı cümə axşamı günü Bruklin Federal Məhkəməsinə göndərildi", - deyə nəzarət idarəsindən bildirilib.
Təqsirləndirilən şəxsin elə həmin gün səhər saatlarında nəzarətə alındığı da bildirilir.
Alpər