ABŞ-ən Virciniya ştatında atışma olub.
Qaynarinfo xəbər verir ki, hadisə kurort şəhəri Virciniya-Biç şəhərində, bələdiyyə mərkəzi yaxınlığında baş verib.
Hadisə nəticəsində 12 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə şəhərin polis rəisi Cim Server bildirib: "Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü".
O, qeyd edib ki, yaralılardan 4-ü hazırda xəstəxananın cərrahi əməliyyat stolundadır. Cim Serverin sözlərinə görə, cinayətkar binaya daxil olub və dərhal atəş açmağa başlayıb. Polis hadisə yerinə gəldikdə atışma başlayıb: "Şübhəli şəxs öldürülüb".
Polisin son məlumatına görə, bələdiyyə binasında atəşi yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi açıb.